Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Daha 25 ailə Füzuliyə qayıdıb - YENİLƏNİB + FOTO/VİDEO
Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 25 ailə olmaqla, 72 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.
06:50
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oxu.Az xəbər verir ki, noyabrın 24-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 72 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub
- Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edildi
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır