Dek
2023
11:40
75
13
1255
Virtual karabakh

Qərbi Azərbaycan İcması Fransız-alman Artekanalında yayımlanan reportajla bağlı bəyanat yaydı - VİDEO

3 Dek, 2023
11:40
1255

Qərbi Azərbaycan İcması Fransız-alman Artekanalında yayımlanan reportajla bağlı bəyanat yaydı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənilərin “Arte” telekanalındakı fikirləri onların Azərbaycana qarşı etnik nifrətini sübut edir”.

Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

“Fransız-alman “Arte” telekanalının hazırladığı reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib “Qarabağı geri alacağı” və “bütün türkləri öldürəcəkləri” barədə xəbis xülyaları yer alıb.

Bu, bir daha ermənilərin məhz Azərbaycana qarşı etnik nifrətə, Azərbaycan bayrağı altında yaşamaq istəmədiklərinə görə Qarabağdan getdiklərini sübut edir.

Bu yaxınlarda Ermənistan cəmiyyətində azərbaycanlıların qayıdışının qəbuledilməz olması barədə verilən bəyanatlar, son illər Ermənistan müxalifətinin “Türksüz Ermənistan” şüarı altında minlərlə insanın iştirakı ilə paytaxt İrəvanda keçirdiyi aksiyalar erməni cəmiyyətinin Azərbaycanofobiya mərəzindən nəinki qurtula bilmədiyini, əksinə bu tendensiyanın daha da gücləndiyini göstərir. Özlərini hamıya beynəlxalq ictmaiyyət kimi sırımağa çalışan bəzi dövlətlər və təşkilatlar tərəfindən belə irqçi əməllərə reaksiya verilməməsi suallar doğurur. Fransa, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, “Freedom House”, “Amnesty International” niyə bu halları pisləmir?”, - bəyanatda qeyd olunur.

“Əgər Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla davamlı sülhə nail olmaq istəyirsə, onda bu ölkə cəmiyyətində tüğyan edən təhlükəli Azərbaycanofobiyaya qarşı ciddi mübarizə aparmalıdır”, - bəyanatda əlavə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri