Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
Açarların təqdim edilməsi mərasimində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq öz evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 333 ailə olmaqla, 1186 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
06:40
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oxu.Az xəbər verir ki, dekabr ayının 7-də Bakı şəhərindən 15 ailə (48 nəfər), Füzuli rayonundan üç ailə (10 nəfər), İmişli rayonundan iki ailə (altı nəfər), Lənkəran rayonundan iki ailə (beş nəfər), Salyan rayonundan bir ailə (beş nəfər), Sumqayıt şəhərindən bir ailə (dörd nəfər), Beyləqan rayonundan bir ailə (iki nəfər) olmaqla ümumilikdə 25 ailə (80 nəfər) Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən doğma yurda yola salınıb.
Qeyd edək ki, Füzuli, İmişli, Lənkəran və Beyləqan rayonlarında məskunlaşmış daha doqquz ailə (28 nəfər) isə yaşadıqları yerdən yola salınacaq və rayonun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.
Bununla da bu gün köçürülənlər də daxil olmaqla ümumilikdə Füzuli şəhərinə 333 ailə (1 186 nəfər) köçürülüb və məskunlaşması təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova