29 
Fev
2024
22:44
99
9
598
Virtual karabakh

Politoloq: “Dövlətlər Cənubi Qafqazda sülh istəyirlərsə, regionda qarışıqlığa şərait yaratmamalıdırlar” - FOTO

29 Fev, 2024
22:44
598

Politoloq: “Dövlətlər Cənubi Qafqazda sülh istəyirlərsə, regionda qarışıqlığa şərait yaratmamalıdırlar” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlətlər Cənubi Qafqazda sülh istəyirlərsə, regionda qarışıqlığa şərait yaratmamalıdırlar”.

Bunu “Report”a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Ekspert bildirib ki, Fransanın Ermənistanı silahlandırması prosesi artıq uzun müddətdir davam edir. O, region ölkələrinin bu məsələyə reaksiya verməməsinə, hətta müəyyən mənada şərait yaratmasına da diqqət çəkib.

“Bir müddət əvvəl Ukraynaya təklif olunan və Ukrayna tərəfindən qəbul edilməyən “Bastion” tipli zirehli texnika Gürcüstan üzərindən Ermənistana göndərildi. İndi də yeni zenit raket kompleksləri, hava hücumundan müdafiə sistemləri göndərilir. Bu, mütəmadi hal alıb. Ancaq nə İran, nə də Gürcüstan bu məsələyə reaksiya verir. Fransanın, Qərbin Ermənistanı silahlandırması Rusiyada da ciddi aqressiya yaratmır”, - ekspert qeyd edib.

Politoloq Fransadan başqa, Hindistanın da Ermənistanı silahlandırdığını vurğulayıb: “Hindistanın verdiyi silahların da əksəriyyəti Fransa sertifikatı ilə istehsal olunmuş silahlardır. Azərbaycan belə məsələlərə tolerant yanaşmayacaq, yeni müharibə riskini gözləməyəcək. Əgər Ermənistan tərəfindən təxribat xarakterli addımlar atılarsa, dərhal adekvat addımlar atılacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri