Əməkdar artist Abbas Bağırovdan xəbər var.
Oxu.Az xəbər verir ki, müğənni “Onlar” verilişinə açıqlamasında yenidən ailə həyatı quracağını deyib:
“Yaxın günlərdə toyum olacaq. Mediadan gizlətmək üçün başqa yerdə toy etməyi planlaşdırıram. Azərbaycanda elə məkanlar var ki, oranı görənlər heyrətlənir. Mənim də toyum həmin yerlərdən birində olacaq. Heç kimin toyun günündən, saatından xəbəri olmayacaq”.
Əməkdar artist xeyli çəki atdığı üçün sosial şəbəkədə onu tənqid edənlərə müarciət ünvanlayıb:
“Yazırlar ki, bəsdir, arıqlama. Mənə belə sözlər yazmayın. Heç kimin ixtiyarı yoxdur ki, tanımadığı bir adamı şərh yazaraq təhqir etsin”.
Qeyd edək ki, Abbas Bağırov bir dəfə ailə həyatı qurub. Müğənninin ailə həyatı uğursuz olub və sonradan boşanıb. Uğursuz evlilikdən Afət adında qızı olan müğənni hazırda subaydır.