Niderland hökuməti “Avroviziya” mahnı müsabiqəsinə tamaşaçıların buraxılması barədə qərarı təsdiqləyib.
Bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.
Yarışmanın məşqləri, yarımfinal və final mərhələləri üçün biletlərin satışına may ayında başlanılacağı gözlənilir.
Təşkilatçılar builki “Avroviziya”ya maksimum 3.5 min izləyicinin buraxılacağını bildiriblər.