“Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovaya ölkədən kənara çıxmağa qadağa qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az saytı yazıb.
Bildirilir ki, C.Qurbanova xuliqanlıq maddəsi ilə ittiham olunduğunun onun ölkədən kənara çıxmasına icazə verilmir.
Belə ki, C.Qurbanovaya xuliqanlıq maddəsi ilə 4 il icbari iş verilibmiş. Hazırda isə onun 2 ili qaldığından ölkədən kənara çıxa bilmir.
C.Qurbanovanın icbari iş almasından “Miss Azerbaijan 2014” müsabiqənin təşkilatçıları xəbərsiz olub. Hazırda onun Azərbaycanı Bəşəriyyət gözəli 2014 (Miss Universe 2014) müsabiqəsində təmsil edəcəyi sual altındadır.
Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən “Miss Azerbaijan 2014” Cavidan Qurbanova yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirdi.
Onun sözlərinə görə, bu tipli yazılar onun əleyhinə yönəlib və təxribat məqsədi daşıyır.