ANS TV-nin populyar simalarından biri olan Murad Əzimzadə mediada boşanması ilə bağlı yazılan xəbəri şərh edib.
Oxu.Az simsar.az-a istinadla xəbər verir ki, Murad bitəcək evliliyi barəsində bunları deyib:
“Ülviyyə Elxanqızı ilə münasibətimiz düz 6 aydır ki, bitib. Nikahın pozulması prosesi isə artıq üçüncü aya keçib. Mən özəl həyatım barəsində heç vaxt danışmaq istəmirəm. Sadəcə bu xəbərin məqsədli şəkildə mediaya ötürülməsini görüb susa bilmədim. Yazıldığı kimi sonuncu məhkəməmiz avqust ayında baş tutacaq. Mən heç nə üçün təəssüflənmirəm. Keçmişimlə yaşayan biri də deyiləm. Gələcək həyatımızda ona da, özümə də uğurlar arzu edirəm. Hər ikimizi xoşbəxt edəcək sevgimizi tapmağı arzulayıram”.
Məlumat üçün bildirək ki, Murad və Ülviyyənin toyları 2012-ci ilin oktyabrın 10-da baş tutmuşdu.