Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azyaşlıların cinsi istismarında ittiham olunan Diddiyə qarşı yeni iddialar qaldırıldı
Məşhur ABŞ-li reper və prodüser Diddi (əsl adı Şon Kombs) ilə bağlı yenidən səs-küylü qalmaqal yaranıb.
Nyu-York əyalət məhkəməsinə irəli sürülən yeni iddialara görə, musiqiçi 2005-ci ildə 10 yaşlı uşağa və 2008-ci ildə 17 yaşlı oğlana qarşı cinsi istismarda ittiham olunur.
Bu barədə Oxu.Az "Reuters"ə istinadən xəbər verir.
Mülki iddia vəkil Toni Buzbi tərəfindən qaldırılıb və o, 150-dən çox zorakılıq qurbanını təmsil etdiyini bildirir. Vəkilin sözlərinə görə, o, artıq Diddiyə qarşı ən azı 17 iddia qaldırıb.
"Bu, yalnız başlanğıcdır. Biz bütün qurbanlar üçün ədalətə nail olmaq niyyətindəyik", - deyə Buzbi "Reuters"ə müsahibəsində qeyd edib.
İkinci iddiada başqa bir ittihamçı 2008-ci ildə 17 yaşında ikən "Making the Band" realiti-şousunun dinləmələrində iştirak etdiyini və bu zaman Kombs, eyni zamanda onun mühafizəçisi tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.
Hadisələrin təfərrüatı hələlik açıqlanmayıb.
Diddinin vəkilləri bütün ittihamları qəti şəkildə rədd edirlər.
"Bu iddianın arxasında duran vəkil həqiqətin ortaya çıxmasında deyil, medianın diqqətinin cəlb edilməsində maraqlıdır. Məhkəmədə həqiqət qalib gələcək. Kombs heç vaxt cinsi təcavüz və ya insan alveri ilə məşğul olmayıb", - deyə Şon Kombsun vəkillərinin bəyanatında bildirilir və bu bəyanatlar daha əvvəlki məhkəmə iddialarından sonra verilənlərlə oxşarlıq təşkil edir.
Rəylər