Amerikalı məşhur ifaçı Britni Spirs atasının qəyyumluğundan azad olub. ABŞ məhkəməsi bununla bağlı qərar verib.
Məhkəmə zamanı Britninin vəkili Metyu Rozenqart ifaçının atası Ceyms Spirsi “qəddar, toksik və təhqiramiz bir insan” adlandırıb.
“O, atasının onun həyatından yox olmasını istəyir. Britni səhərlər qəyyum atası olmadan oyanmağa layiqdir”, - deyə hüquqşünas bildirib.
Rosenqart həmçinin Ceyms Spirsi müğənninin yataq otağına səsyazma cihazı qoymaqda da ittiham edib.
Pərəstişkarları ifaçının atasının qəyyumluğundan azad olmasını böyük coşqu ilə qarşılayıb.
Amerikalı məşhur ifaçı Britni Spirs atasının qəyyumluğundan azad olub. ABŞ məhkəməsi bununla bağlı qərar verib.Məhkəmə zamanı Britninin vəkili Metyu Rozenqart i...
Bununla belə, amerikalı pop müğənni nəzarətdən tamamilə azad edilməyib. Məhkəmə ona müvəqqəti qəyyum təyin edib. Bu, mühasib Con Zabeldir – o, ifaçının maddi vəziyyətindən məsul olacaq.
Ehtimal ki, ilin sonuna qədər başqa bir dinləmə keçiriləcək və orada Spirsin qəyyum nəzarətindən tamamilə çıxarılması məsələsinə qərar veriləcək.
Mənbə: CNN
Rəylər