Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Britni Spirs məhkəmədə ilk qələbəsini qeyri-adi üsulla qeyd etdi - FOTO/VİDEO
Los-Anceles məhkəməsi amerikalı müğənni Britni Spirsin qəyyumluq prosesi çərçivəsində müstəqil şəkildə vəkil tutmasına icazə verib.
Bu barədə “New York Times” xəbər verib.
Onun maraqlarını əvvəllər digər amerikalı məşhurları müdafiə edən Metyu Rozenqartın təmsil edəcəyi bildirilir.
Xatırladaq ki, iyul ayının əvvəlində Britni Spirsin məhkəmə tərəfindən təyin olunmuş vəkili Samuel İnqem artıq onu təmsil etməyəcəyini açıqlayıb. O, 2008-ci ildən bəri ulduzu müdafiə edirdi.
İyun ayının sonunda Spirs Los-Ancelesdəki məhkəmə iclasında çıxış etdi. Təxminən 13 ildir davam edən qəyyumluğun ləğvini istəyirdi. Bundan əlavə, ifaçı öz vəkillərini təkbaşına seçmək istədiyini vurğulamışdı.
Məhkəmənin vəkillə bağlı qərarından bir neçə saat sonra ifaçı “Instagram”da video paylaşıb. O, bu kiçik qələbəsini atla gəzinti və akrobatik hərəkətlərlə qeyd edib.
Посмотреть эту публикацию в InstagramMəşhur müğənni həmçinin dəstəyə görə pərəstişkarlarına öz minnətdarlığını bildirib. Qeyd edək ki, ABŞ-da #FreeBritney hərəkatı yaranıb. Bu yaxınlarda həmin hərəkata Madonna da qoşulub.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər