Müğənni Gülbən Ərgən qurucusu olduğu məktəbin açılış mərasimində huşunu itirib.
Oxu.Az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, "Özgecan Aslan Coçuklar Gülsün Diye Anaokulu"nun açılışını edərkən ifaçının təzyiqi düşüb. Huşunu itirərək yerə yıxılan müğənnini dərhal məktəb binasına aparıblar.
Həkimlərin müdaxiləsindən sonra ifaçının vəziyyətinin yaxşı olduğu deyilib.