Hollivudun məşhur ulduzları olan aktyor Bryus Uillis və Demi Murun kiçik qızı Tallula Uillis narkoloji klinikadan azad edilib.
Oxu.Az-ın ANS PRESS-ə istinadla məlumatına görə, qalmaqalları ilə daim medianın diqqət mərkəzində olan gənc xanım 6 həftə Arizonda yerləşən klinikada müalicə kursu keçib. “People” jurnalının yaydığı məlumata əsasən 20 yaşlı Tallula ötən gün normal həyata qayıdıb. Sosial şəbəkələrin aktiv istifadəçisi olan T.Uillis şəxsi səhifəsində yeni fotolarını paylaşıb.
Qeyd edək ki, qızın valideynləri Demi Mur və Bryus Uillis Tallulaya ultimatum göndərərək bildirmişdilər ki, əgər qız müalicə olunmaqdan imtina etsə onu mirasdan kənar saxlayacaqlar.