Gənc müğənni Minanın bir müddət fasilədən sonra yenidən fəaliyyətə qayıtdığını xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, yeni imicdə tamaşaçıların qarşısına çıxacaq müğənni daha bir yeniliyi baradə məlumat verdi .
Belə ki, o, heç bir azərbaycanlı müğənninin müraciət etmədiyi “klub” janrında oxuyacaq.
Bu janrda ilk olacağını iddia edən müğənni adı çəkilən tərzdə silsilə mahnılar yazdırmaqdadır. Minanın gənclər üçün yazdırdığı ilk mahnısı isə söz və musiqisi Ülviyyə Alovluya aid “Dərd etmə” olacaq. Müğənni mahnı ilə bağlı bunları söylədi:
“Bu, Ülviyyə Alovlu ilə ilk əməkdaşlığımız olsa da, sonuncu olmayacaq. Əminəm ki, bu dinamik mahnı həm də gəncləri rəqs meydançasında hərəkətə gətirəcək. Nəhayət ki, gecə klublarında gənclərimiz milli mahnıya da oynayacaq. Onsuz da çox şeydə ilklərə imza atan mən olmuşam və bu dəfə də ilk addım mənim oldu! Bu mahnım da öncəkilər kimi bomba kimi partlayacaq!”