Belarus təmsilçisi Marina Alekseyçik “Mrs World - 2014” müsabiqəsinin qalibi olub.
Oxu.Az xəbər verir ki, yarışma Amerikanın Merilend ştatında keçirilib. Gözəllik tacı uğrunda 35 xanım mübarizə aparıb. İkinci yeri CAR nümayəndəsi, üçüncü yeri isə Perudan olan gözəl tutub. Birinci yerin qalibi M.Alekseyçikin 31 yaşı var. O, teleaparıcı və müğənnidir.
Qeyd edək ki, “Mrs World - 2014” 1985-ci ildən keçirilir. Müsabiqədə gənc, evli, siyasi və ictimai həyatda fəal, xeyriyyəçiliklə məşğul olan xanımlar iştirak edir.
Aytən Sadıqzadə
www.oxu.az