Aktrisa Nebahet Çehrenin övladı olmaması haqda verdiyi açıqlama Türkiyə mediasında müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, “Aramızda qalsın” verilişində aktrisanın qızı olduğu iddia edilib.
“İllərdir ki, Nebahetin Parisdə yaşayan bir qızı olduğu iddia edilir, amma şəkli çıxmadı. Yılmaz Güneylə 5 ilə yaxın evli qaldılar. 19 yaşında evləndi. Çox böyük sevgi yaşadılar. Çehre şiddət gördü. Yılmaz Güney aktrisaya elə bir zorakılıq tətbiq edib ki, Çehre xəstəxanalıq olub”.