Rəqqasə Oksana Rəsulova ATV-də yayımlanan “10lar” verilişində rəsmi nikahlarından danışıb.
Oxu.Az xəbər verir ki, rəqqasə ailə həyatında yaşadığı uğursuzluqları ilk dəfə etiraf edib:
“3 dəfə rəsmi nikahda olmuşam. Üçüncü nikahım Elşad Xose ilə olub. İlk evliliyim ağılsızlıqdan, uşaqlığımdan, yaşımın az olmasından dağılıb. 17 yaşımda nişanlandım, 18 yaşımda ərə getdim. O zaman elə bilirdim ki, sevirdim. Uşaq ağlı idi. Amma yola getmədik. Xatırlamaq istəmirəm. Həyatımda bir nikahı qəbul edirdim, o da Elşadla olan.
İkinci dəfə 25 yaşımda ailə həyatı qurdum. Demirəm ki, tək günahkar onlar idi, mən günahsızam. Bəlkə də mənim günahlarım idi ki, indi cəzasını çəkirəm.
IV dəfə qətiyyən nikah haqqında düşünmürəm. Kişilər məni depressiyaya salır. Nikahlara stop dedim”.
Oksana meyxanaçı Namiq Qaraçuxurlu ilə arasında gəzən sevgi münasibətləri barədə söz-söhbətlərə də aydınlıq gətirib:
“Bu şayiələr əsassızdır. Bu, ola bilməz. Namiqlə aramızda heç nə olmayıb”.
Aytən Sadıqzadə
www.oxu.az