ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində gitara ifaçısı Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova Rəmişin başqa bir xanımla da münasibətlərindən danışıb.
Oxu.Az ATV.az-a istinadla xəbər verir ki, Gülü xanım bunları deyib:
“Mən ola-ola, Rəmişin həyatına başqa qadın daxil oldu. Rəmiş o xanımı evə gətirdi. 4 ay o xanımla bir otaqda yaşadıq. Mən buna dözdüm. Rəmişi çox istədiyim üçün buna dözdüm. Bu, insan üçün ən ağır əzabdı. Girib hamamda ağlayırdım, Rəmiş çağıranda gözlərimi silirdim ki, görməsin. 4 aydan sonra Rəmiş o xanımı apardı”.