ATV telekanalında yayımlanan “Düz üzünə” verilişində qonaq olan müğənni Tacir Şahmalıoğlu 6 il qadın-kişi münasibətində olduğu keçmiş duet ortağı Fədayə Laçından söz açıb.
Oxu.Az xəbər verir ki, ifaçı birinci ailəsinin dağılmasına Fədayə Laçının səbəb olmadığını söyləyib:
“Mənim birinci ailəm dağılanda nə Fədayə var idi, nə heç kim. O, Bakıda yaşayan bir xanım idi. Sadəcə, Bakı mühitində böyüdüyünə görə Ağdamda yaşaya bilmədi. Onunla 7-8 ay evli olmuşuq. Birinci xanımımdan övladım yoxdur. İkinci həyat yoldaşımdan isə bir qızım, bir oğlum var”.