Tuğba Altıntop keçmiş həyat yoldaşı Rafet El Romanla Almaniyada yaşayan qızları Su və Şevvala qovuşub.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Altıntop Türkiyəyə gələn qızları ilə alış-veriş mərkəzlərinin birində görüntülənib. Daha sonra ana və qızları birlikdə axşam yeməyi yeyiblər.
Qeyd edək ki, ötən aylarda estetik əməliyyatı keçirən Tuğba Altıntop bu sözlərlə qızlarından gileylənmişdi:
“1.5 ay Türkiyədə tətil etdilər, 1 saat yanıma gəlmədilər. Mən onların anasıyam. Çox üzüldüm. Ən son bu görə ağlamışam. Üz-üzə gələcəyik. Onlara deyəcəklərim var. Qızını döyməyən dizini döyər”.

Aytən Sadıqzadə
www.oxu.az