Noy
2023
11:20
17
88
3875
Virtual karabakh

“Uğur centlmenləri”nin Bakıda doğulan aktyoru vəfat edib - FOTO

8 Noy, 2023
11:20
3875

“Uğur centlmenləri”nin Bakıda doğulan aktyoru vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uğur centlmenləri” filmində “Mitya” obrazını canlandıran Rusiya Federasiyasının (RF) Əməkdar artisti Anatoli Yabbarov 86 yaşında vəfat edib.

Qeyd edək ki, A.Yabbarov 1937-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirənədək burada yaşayıb.

Yabbarovun debütü 1964-cü ildə çəkilmiş “Bir vaxtlar qoca ilə qarı var idi” filmindəki rolu olub. “Qaçış”, “Uğur centlmenləri”, “İki kapitan”, “Həbsxanadan qaçış” filmləri ona ən böyük şöhrət gətirib.

1996-cı ildən Yabbarov Dövlət Kino Aktyor Teatrında işləyib. 2011-ci ildə “Furtseva” və “Sevgi girovları” seriallarında rol alıb.

Aktyor 1996-cı ildə Rusiyanın Əməkdar artisti adını alıb, 2011-ci ildə isə “Dostluq” ordeni ilə təltif edilib.

Mənbə: kino-teatr.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri