Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

35 seçki məntəqəsinin komissiyaları buraxıldı
"Təəssüf ki, bəzi məntəqələrdə seçicilərin iradəsini reallaşdırmağa mane olan hallar üzə çıxıb. Ona görə də bu məntəqələrin nəticələrini ləğv etmək məcburiyyətində qaldıq"
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, nəticələri ləğv edilən məntəqələr bunlardır:
"13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı, 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsinin 15 saylı, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı, 38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı, 52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı, 80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı, 82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı, 104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı və 119 saylı Ağdam seçki dairəsinin 21 saylı seçki məntəqəsi".
İclasda bildirilib ki, fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ümumilikdə 35 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılıb.
Mərahim Nəsib
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Sabah partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etmələri üçün müddət başa çatır
- Məntəqə seçki komissiyasının üzvləri: "Yanvarda almalı olacağımız əməkhaqqı hələ də verilməyib"
- USAID, "Amerikanın səsi" və "Azadlıq Radiosu"nun layiq olduğu məntiqi son
- Məzahir Pənahov: "Mayın sonunda 2025-ci il üçün seçici siyahısı təsdiq olunmalıdır"
- Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib