Belarus prezidenti Aleksandr Lukaşenko müasir dövrün ən başlıca silahından söz açıb.
Bu barədə Oxu.Az “Belta”ya istinadla xəbər verir.
Prezident deyib:
“Uydurma xəbərlər, yalan istiqamətlər müasir dövrün ən başlıca və təsirli silahına çevrilib. Onların vasitəsi ilə xarici qüvvələr başqalarının təfəkküründən istifadə edir və cəmiyyəti daxildən “partladırlar”. Buna necə müqavimət göstərə bilərik? İlk növbədə öz dəyərlərimizi, həqiqətimizi, xalqımızın tarixini, müdrikliyini və təcrübəsini ortaya qoymaqla...”.
Daha öncə Aleksandr Lukaşenko ölkə iqtisadiyyatının qarşısında duran vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə dövlət müstəqilliyinin itirilmə təhlükəsi barədə xəbərdarlıq edib.