Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ATƏT PA müşahidəçisi: “Heç bir qayda pozuntusuna rast gəlməmişik”
ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçiləri Qubada seçki prosesini izləyirlər.
APA-nın məlumatına görə, onlar bir neçə seçki məntəqəsində olublar.
ATƏT Parlament Assambleyasının Macarıstandan olan müşahidəçisi Aleksandra Dobolin bildirib ki, hər şey yaxşı təşkil olunub:
“Bu, bizim müşahidə apardığımız birinci seçki məntəqəsidir”.
O bildirib ki, ən az 10 məntəqədə müşahidə aparacaqlar.
ATƏT Parlament Assambleyasının Valeri Şaqiyev bu vaxta qədər heç bir qayda pozuntusuna rast gəlmədiklərini deyib.
“Seçici aktivliyi bir az aşağıdır və amma günün birinci yarısıdır. Düşünürəm ki, nahara kimi seçki aktivliyi artacaq”.
Qeyd edək ki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. Bu regionda altı deputat yeri uğrunda 76 namizəd mübarizə aparır.
"Macarıstan" teqi üzrə xəbərlər
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Ərdoğan və Paşinyan arasında görüş olub
- Macarıstan Ukraynaya 50 milyard avroluq kreditin verilməsini əngəlləyib
- Macarıstan Aİ-dən çıxmaq istəyir?
- Viktor Orban: "Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik"