Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avropa Parlamentinin qəbul etdiyi qətnamə Aİ ilə Azərbaycan arasında olan əlaqələrə böyük zərbədir
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikili standartlı və ittihamlarla doludur.
Bunu "Report"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Fariz İsmayılzadə deyib.
O bildirib ki, bu qətnamə əsassız və antidemokratik ittihamlardır:
"Bir milyondan çox azərbaycanlı evlərindən qovuldu, Ermənistan etnik təmizləmə həyata keçirdi. Bundan başqa, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib, amma belə kəskin qətnamələr Ermənistana qarşı qəbul olunmayıb".
O qeyd edib ki, Avropa İttifaqının bəzi üzvləri Ermənistanı yenidən silahlandırır, gücləndirir və yardım verir:
"Bunu biz necə başa düşək? Azərbaycan müsəlman ölkəsidir, ona görə bizə qarşı belə ikili standartdır, yoxsa anti-türk islamofobiya dolu mövqedir? Azərbaycan cəmiyyəti, Azərbaycanın əhalisi və xüsusilə də məcburi köçkünlər belə münasibətdən çox hiddətləniblər. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələrə böyük zərbədir. Bir növ Azərbaycanı Avropadan küsdürürlər və uzaqlaşdırırlar".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ