Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avstraliya COP29-da əhəmiyyətli iqlim investisiyalarını elan edir
"Avstraliya təmiz enerjiyə 20 milyard dollardan çox investisiya qoyuluşu, İtki və Zərər Fonduna isə əlavə 50 milyon dollar məbləğində töhfə ilə iqlim öhdəliklərini gücləndirib".
"Report" xəbər verir ki, bunu Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen COP29 çərçivəsində keçirilən yüksəksəviyyəli iclasda bildirib.
O, Paris İqlim Sazişinin məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və Avstraliyanın Sakit okean regionu ilə tərəfdaşlıqda COP31-ə ev sahiblik etmək üçün müraciətini təsdiqləyib. Nazirin sözlərinə görə, bu müraciət iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin gücləndirilməsi üçün mühüm addım olacaq. "Biz bu mühüm forumun təşkilinə töhfə verməyə hazırıq", - o bildirib.
K.Bouen əlavə edib: "COP29-un prezidenti Muxtar Babayevə təşəkkürümü bildirmək istəyirəm. Biz nəticə əldə etmək üçün o və komandası ilə sıx əməkdaşlığı səbirsizliklə gözləyirik".
"COP29" teqi üzrə xəbərlər
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"
- "Azmade Group" 2024-cü ilə yekun vurdu: "Bizə uğur yaraşır!"
- Güclü iqtisadiyyat, etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad: Əməli ilə sözü bir olan Azərbaycan
- İlham Əliyev: "Qlobal Cənub dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir"