Avstriyanın kansleri Sebastyan Kurtz rusiyalı qadınla gizli əməkdaşlıqda şübhəli bilinən vitse-kansler Hayns-Kristian Ştraxenin istefasına görə parlamentə növbədən kənar seçkiləri “mümkün qədər tez” keçirməyi təklif edib.
Bu barədə Oxu.Az “Tass”-a istinadən xəbər verir.
Kurtz qeyd edib ki, hökumətdə qalmaqala yol vermədən öz siyasi kursu ilə ölkənin rifahı naminə çalışmaq istəyir.
O, həmçinin respublika və Ştraxenin rəhbərlik etdiyi Avstriyanın azadlıq partiyasının koalisiya hökumətinin fəaliyyətinin dayandırılmasını da elan edib. Kanslerin sözlərinə görə, bu partiya onun partnyoru ola bilməz.