Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ayxan Hacızadə: "60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib"
"İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki Səfirliyimizdə, İran İslam Respublikasındakı Səfirliyimizdə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır".
Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir: "İsraildə vətəndaşlarımız müvafiq olaraq qonşu Misir və İordaniyaya yönləndirilir".
Ayxan Hacızadənin sözlərinə görə, indiyə qədər İrandakı Səfirliyimiz və Baş Konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib:
"Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hal-hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur. İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb".
"Ayxan Hacızadə" teqi üzrə xəbərlər
- XİN: "Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır"
- Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
- Ayxan Hacızadə Rusiya prezidentinin xüsusi nümayəndəsinə cavab verib
- Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
- XİN İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarına cavab verib