Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan BRİKS-ə qoşulmaq istəyir
"Azərbaycan BRİKS-ə qoşulmaq istəyir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində deyib.
"BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir", - deyə o bildirib.
Qeyd edək ki, BRİKS dörd dövlət - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub, daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata üzv olub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib.
"Polad Bülbüloğlu" teqi üzrə xəbərlər
- Valentina Matviyenko Azərbaycana rəsmi səfərə gəlib
- Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür
- İlham Əliyev Polad Bülbüloğlunu təltif etdi
- Metalişləmə üzrə sənətkar: "Nazir köməkçilərinə dedi ki, sizi artıq bu qamçı ilə döyəcəyəm"
- Azərbaycanda bəzi şəxslər vaxtından əvvəl pensiyaya çıxa bilərlər