Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşır: 1 323 mənzilin tikintisi bitib, açarlar təhvil veriləcək
"2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra böyük dağıntılara məruz qalan Kahramanmaraşın indi "Azərbaycan məhəlləsi" adlandırılan hissəsi Türkiyə və Azərbaycanın əməkdaşlığı sayəsində əvvəlki möhtəşəmliyini qaytarıb. Mənzil tikintiləri artıq yekunlaşmaq üzrədir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global"ın hazırladığı süjetdə bildirilir.
Bildirilir ki, zəlzələ məhəlləyə ciddi ziyan vurmuşdu - bəzi binalar dağılmış, digərləri ciddi ziyan görmüş və yaşayış üçün yararsız hala düşmüşdü.
"Fəlakətdən sonra işlər sürətlə başladı. Kahramanmaraşın Onikişubat rayonundakı "Azərbaycan məhəlləsi" zəlzələdən iki il sonra yeni sakinlərini gözləyir. 1 323 mənzilin tikintisi bitib, açarları sahiblərini gözləyir", - deyə müxbir Murat Karataş təfərrüatı təqdim edib.
Ətraflı süjetdə:

"Azərbaycan məhəlləsi" teqi üzrə xəbərlər
- "Haber Global" Kahramanmaraşda Xocalı abidəsinə dair süjet hazırlayıb
- "Haber Global": "Kahramanmaraşda qurulan "Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşmaq üzrədir"
- Kahramanmaraşın bələdiyyə sədri: "Azərbaycan Məhəlləsi" yeni dizaynda qurulur
- Kahramanmaraşda salınan Azərbaycan məhəlləsinin mənzilləri yaşayış üçün hazırdır