Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan Prezidenti: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik"
"Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dekabrın 27-də artıq bu tələblərin rəsmi qaydada onlara çatdırıldığını söyləyən dövlətimizin başçısı onlara aydınlıq gətirərək bildirib:
"Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır".


"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
- Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib
- DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi
- Əlilliyə görə müavinət alan şəxslərin siyahısı genişləndirildi - FƏRMAN
- İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib