Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkəsi artıq özüyeriyən artilleriya qurğularının tədarükü üçün Azərbaycanla müqavilə imzalayıb.
Artıq bu barədə məlumat “Defence Turk” “X” hesabında da dərc edilib.
Məlumata görə, söhbət Serbiya istehsalı olan təkərli şassidə dəyəri 339 milyon dollara çatan 48 ədəd 155 mm-lik “Nora B52” özüyeriyən haubitsadan gedir.
Qeyd olunub ki, “Nora B52” özüyeriyən haubitsa düşmənin şəxsi heyətini, artilleriya batareyalarını, bunkerlərini məhv etmək, həmçinin minalanmış sahələr və sahə maneələrində keçidlər təmin etmək üçün nəzərdə tutulub.
“Nora B52” haubitsa, əsasən, ABŞ ordusu tərəfindən istifadə edilən və döyüşə bütün quru, dəniz və hava hərbi hissələrinin daxil edilməsini nəzərdə tutan Şəbəkə Mərkəzli Müharibə sisteminin əsas avadanlıqları ilə təchiz edilib.
“Nora B52” özüyeriyən haubitsa, ilk növbədə, rabitəni sürətləndirən, eləcə də müttəfiq qoşunlarını təsbit etməyə, döyüş situasiyasının modelini qurmağa imkan verən radar və sensorlarla təchiz olunub.
🔵🇦🇿Azerbaycan, 🇷🇸Sırbistan'dan 155mm Nora obüsü alıyor!
— Defence Turk (@Defence_Turk) February 5, 2024
🔸Sırbistan Cumhurbaşkanı Aleksandar Vucic, Azerbaycan’ın 8x8 kamyona monteli Nora obüsü tedarikini doğruladı. Açık kaynaklarda 48 adet obüs tedarikinin 339 milyon dolar değerinde olduğu aktarılıyor. pic.twitter.com/5n1zwZJQWl
Mənbə: Caliber