“Sabah Azərbaycan xalqı üçün əlamətdar gündür. Çünki bu seçki Azərbaycanın suveren, müstəqil, ərazi bütövlüyünü tam bərpa etdiyi dövrdə ilk prezident seçkisi olacaq”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, seçki günü müstəqil Azərbaycanın bütün ərazilərində səsvermə keçiriləcək:
“İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. 6 milyon 478 mindən çox seçicimiz 6 mindən çox seçki məntəqəsində səs verəcəklər. Seçki məntəqələrinin hər biri beynəlxalq standartlara uyğun təşkil edilib.
Ümumilikdə 90 372 müşahidəçi qeydiyyatdan keçib və onların 790 nəfəri beynəlxalq müşahidəçidir”.
“Sabah Azərbaycan xalqı üçün əlamətdar gündür. Çünki bu seçki Azərbaycanın suveren, müstəqil, ərazi bütövlüyünü tam bərpa etdiyi dövrdə ilk prezident seçkisi ol...
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli