Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan-Tacikistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib
Düşənbədə Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda iclasda çıxış ediblər.
Sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə nitq söyləyiblər.
İclas protokolunun imzalanmasından sonra Azərbaycan nümayəndə heyəti ilə Tacikistanın Baş naziri Kohir Rəsulzoda, xarici işlər naziri Sirociddin Muhriddin və Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Şeralizoda arasında görüşlər keçirilib.
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- Prezident Muxtar Babayevi nazir vəzifəsindən azad etdi: YENİ TƏYİNAT
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb