Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "Dövlət-Özəl Tərəfdaşlıq (PPP) sahəsində Bacarıqların Artırılması üzrə Əməkdaşlıq" sazişi imzalanıb.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə Sazişi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və IFC-nin Avropa üzrə Regional Meneceri Tomas Lubek imzalayıblar.
Saziş PPP (Public-Private Partnerships) əməliyyatı məsləhət xidmətləri çərçivəsində tərəflər arasında bilik və təcrübə mübadiləsini nəzərdə tutur.
Bakıda keçirilən Birinci #Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) (@IFC_org) Avropa üzrə dövlət-özəl tərəfdaşlığı sahəsində tranzaksiya məsləhət xidmətləri üzrə regional meneceri Tomas Lübek (@ThomasELubeck) ilə görüş… pic.twitter.com/R63fgMYape
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 22, 2025
Məhərrəm Əliyev