Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan və Qazaxıstan arasında vizasız rejim qaydaları dəyişdi
Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb.
Report xəbər verir ki, müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündən əvvəl imzalanıb.
Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb.
Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də, 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.
"Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr" teqi üzrə xəbərlər
- Azərbaycan iki ölkə ilə viza tələbini aradan qaldırır
- Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
- Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO
- Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik - VİDEO
- Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin sayı açıqlanıb