Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və Ukrayna XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər
10 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Ceyhun Bayramov həmkarını Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə ürəkdən təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib.
İki ölkə arasında qarşılıqlı hörmət və dəstək, habelə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu bildirilib.
Andrey Sibiqa təbriklərə görə təşəkkür edib, Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə dair ümidvarlığını ifadə edib.
Ukrayna ətrafında yaranmış vəziyyət ilə bağlı Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, xüsusilə İrpen şəhərində infrastrukturun bərpa və yenidənqurmasına, habelə minatəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək
- XİN başçısı: "Ermənistandan qətiyyətli addımlar gözləyirik"
- XİN başçısı: "Araz çayı üzərində körpü tikintisi davam edir"
- Azərbaycan XİN rəhbəri: "Sülh müqaviləsinin mətni üzrə bəlli irəliləyişlər əldə edilib"