"Bu gün saat 13 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonunun Balik kəndindən keçən hissəsindəki yol-nəqliyyat hadisəsi baş verib".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilib.
"Qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonunun Balik kəndindən keçən hissəsində Yasin Xasməmmədovun idarə etdiyi "Ford" markalı avtomobillə Taleh Umudovun idarə etdiyi "Range Rover" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki sürücü və "Range Rover" də olan sərnişinlər xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
İsmayıllı rayonunda yeddi nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat verilib.
Qeyd olunub ki, hadisə Aşıqbayramlı gölünün yanında "Ford" və "Range Rover" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Əzizə İsmayılova
Rəylər