Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlar səbəbindən həlak olanlara görə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib:
"Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir".
Xatırladaq ki, Pakistanın şimal-qərbində leysan yağış böyük dağıntılara səbəb olub. Ölənlərin sayı 200-ü ötüb.
We are deeply saddened by the tragic loss of lives and devastation caused by the floods in the northern part of #Pakistan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 16, 2025
Our thoughts and prayers are with the victims and their families. #Azerbaijan stands in solidarity with the brotherly people and Government of Pakistan…