Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, sərəncama əsasən, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adları dəyişdirilib.
| Əvvəl | İndi |
| Gürcüvan (Ağsu) | Xanbulaq |
| Qamışovka (Astara) | Qamışoba |
| Ağamalıoğlu (Goranboy) | Düzqışlaq |
| Əzizbəyov (Goranboy) | Kəhrizli |
| Xanlar (Göygöl) | Ağdağ |
| Mixaylovka (Göygöl) | Bənövşəli |
| Alekseyevka (Xaçmaz) | Çaykənarı |
| Müqtədir (Xaçmaz) | İstisu |
| Krasnı Xutor (Xaçmaz) | Şıxlı |
| Çistı Klyuç (Xızı) | Safbulaq |
| Şuraabad (Xızı) | Şorabad |
| Kommuna(Qazax) | Bala Çaylı |
| Novonikolayevka (Quba) | Çaydüzü |
| Şirvanovka (Qusar) | Şirvanlı |
| Kalinovka (Masallı) | Viləş |
| Astraxanovka (Oğuz) | Çaldaş |
| Vladimirovka (Oğuz) | Çayqovuşan |
| Xanlarkənd (Saatlı) | Nabatkənd |
| Qarayevkənd (Saatlı) | Orta Muğan |
| Lüksemburq (Samux) | Köbər |
| Qırmızı Samux (Samux) | Qaraağaclı |
| Əli Bayramlı (Samux) | Sarıqaya |
| Qasım İsmayılov (Şəmkir) | Ağlavaşlı |
| Muxtariyyat (Şəmkir) | Qədimqala |
| Bünyadabad (Yevlax) | Yeni Çobankərə |