Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.