Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.
Məlumatda bildirilir ki, söhbət 2 vaqon alüminium və 9 vaqon taxıldan gedir.
Qeyd edək ki, bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndərilib.
Qaynar xətt:
(055) 224 12 12