Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın müdafiə naziri Qarabağın azadlığından danışdı – Foto
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayevin verdiyi məlumata görə, Filip Lefor Azərbaycanın Avropa Birliyi üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirməklə yanaşı müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik etmək fürsəti tapmasından məmnunluğunu söyləyib və ona gələcək işlərində uğurlar arzulayıb.
Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdə müdafiə naziri Zakir Həsənov vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycanın Respublikasının prezidenti İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən müdafiə naziri bildirib ki, Azərbaycan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarıdır, lakin ərazilərin işğaldan azad etmək hüququnu da özündə saxlayır.
"Ermənistan" teqi üzrə xəbərlər
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış