Bu gün formalaşdırılmış təşəbbüs qrupu Gürcüstan prezidentliyinə Daşqın Gülməmmədovun namizədliyini irəli sürəcək.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə bu gün Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının prezidenti (GAMA) Elmar Həsənov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə “Gənc demokratlar” təşəbbüs qrupu yaradılıb.
“Biz inanırıq ki, namizədimiz Daşqın Gülməmmədov Kvemo-Kartlı, Kaxetiya və Acar Muxtar Respublikasında səslərin xeyli hissəsini qazana biləcək” – deyə, o bildirib.
Qeyd edək ki, Daşqın Gülməmmədov 1977-ci ildə Gürcüstanın Marneuli rayonunun Kaçaqani kəndində anadan olub. 1998-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Milliyətcə Gül qıpçaq nəslindən, Qarapapaq türklərindəndir.
2009-cu ildən Daşqın Gülməmmədovun şerləri və ədəbi əsərləri Azərbaycan, Türkiyə və Kanadada dərc olunur. İki uşaq atasıdır.