Bakı Ümumdünya Şəhərsalma Forumunun estafetini Mexikoya təhvil verib.
Oxu.Az xəbər verir ki, təhvilvermə mərasimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanışında baş tutub.
Bağlanış mərasimində Meksikanın paytaxtı Mexiko şəhərinin videotəqdimatı nümayiş olunub.
Beləliklə, WUF14 2028-ci ildə Mexiko şəhərində keçiriləcək.

Qaynar xətt:
(055) 224 12 12