Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, mərasimdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini Amina Muhammed, digər yerli və xarici rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən BMT Baş katibinin müavini Amina Muhammed bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində yenidənqurma, inkişaf, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası proseslərinin şahidi oluruq. Ərazilər mədəni canlılığın, sosial həmrəyliyin və iqtisadi inkişafın mühərrikinə çevrilir:
"Dünyanın fasiləsiz məskunlaşmış ən qədim şəhərlərindən biri olan Ağdamda isə biz həm yenilənməni, həm də dözümlülüyü gördük".
O, həmçinin yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirib.
Bundan başqa, WUF13-ün Milli Koordinatoru Anar Quliyev isə çıxışında forumun nəticələrindən danışıb.
A.Quliyev əlavə edib ki, forum çərçivəsində dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar, qiymətləndirmələr və paralel tədbirlər daxil olmaqla 400-dən çox tədbir təşkil edilib.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində çıxışı zamanı Bakının tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib.
Daha sonra digər qonaq və rəsmi şəxslər çıxış ediblər.
Bağlanış mərasimi daha sonra bədii hissə ilə yekunlaşıb.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərasimdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini Amina Muhammed, digər yerli və xarici rəsmi şəxslər iştirak edirlər.
Xatırladaq ki, forum işinə 17-də başlayıb və rəsmi açılış mərasimi mayın 18-də keçirilib.
Daha çox foto burada: PhotoStock.az