Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçirilib - YENİLƏNİB + FOTO
Bakıda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və Azərbaycanda fəaliyyət göstərən üç minə yaxın könüllünün iştirak etdiyi “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib.
“Report” xəbər verir ki, Forum çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə simvolik olaraq 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar.
Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən Forumun gedişatında Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
15:42
Bakıda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və Azərbaycanda fəaliyyət göstərən 3 minə yaxın könüllünün iştirak etdiyi “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilir.
Tədbir Gənclər Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutur.
Könüllülərin il ərzində göstərdikləri fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etmək məqsədilə təşkil edilən forum Karyera Sərgisi ilə açılıb
Sərgi zamanı könüllülər 40-a yaxın müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər.
Forumun rəsmi açılışında öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ulu öndər Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Cəmi 20% ilkin ödənişlə "Park Yasamal"da tam təmirli mənzil sahibi olun - "Kristal Abşeron"
- "ASAN xidmət" hansı tətil günlərində işləyəcək?
- Bakı və Sumqayıtda birinci sinfə müraciət qəbulunun müddəti uzadılıb
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Ülvi Mehdiyev: "Vətəndaşın sualı cavabsız qalmamalıdır"