Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bələdiyyə seçkisində partiyalara televiziya və qəzetlərdə təbliğat üçün yer ayrılacaq
Mərkəzi Seçki Komissiyası (MSK) 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkisində seçkiqabağı təşviqatla bağlı elan yayımlayıb.
Oxu.Az-ın xəbərinə görə, elanda qeyd edilib ki, seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.
MSK-dan bildirilib ki, həmin media subyektləri İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan" qəzeti, "Xalq qəzeti", "Respublika" qəzeti, "Bakinski raboçi" qəzetidir.
Qurumdan qeyd edilib ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları, dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkisinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki fevralın sonunda elan edilə bilər
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı sosial şəbəkədə yayılan görüntülər araşdırılacaq"
- Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
- Məzahir Pənahov: "Seçki məntəqələrində tərəflərin razılığı olmadan çəkiliş aparmaq olmaz"
- Məzahir Pənahov: "Hərbi hissələrdə səsvermə prosesi açıq şəkildə həyata keçirilir"