Bəylər Eyyubova general-polkovnik hərbi rütbəsi verilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Prezidentin digər sərəncamları ilə Akif İsaxan oğlu Yusifova general-mayor, İslam Ağaqulu oğlu Ələkbərova və Mürsəl Əli oğlu Vəliyevə isə general-leytenant hərbi rütbələri verilib.