Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Axundov Elçin Əbdül oğlu
Amənzadə Raihə Barxudar qızı
Fərəcov Sərdar Fərəculla oğlu
Göyüşov Nəsib Cümşüd oğlu
Məmmədov Sabir Novruz oğlu
Rövşən Ramiz Məmmədəli oğlu
Yaqubova Ella İsmayıl qızı.